SOCAR-ın işçiləri qəzaya düşdü, yaralılar var – Bugünkü “yol terroru”nun təfərrüatı

Baxış sayı:
4360

Bu gün səhər saatlarında baş verən dəhşətli avtobus qəzasının bəzi təfərrüatları məlum olub.
Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış "NUR" marketin yanında) qəzaya düşən mükravtovus SOCAR-a məxsus olub. Yalarıların hamısı SOCAR-ın işçiləridir. Buna görə də təcili Kliniki Tibbi Mərkəzə çatdırılan yaralılar artıq Neftçilər Xəstəxanasına aparılıb.
Qeyd edək ki, bu gün səhər mikroavtobus yük avtomobili ilə toqquşub.
Səhiyyə Nazirliyindən Bakupost-a verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma çağırış saat 7:42 də daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib.
Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta ağırdır.