ŞoK AÇIQLAMA: “Məsələ çox uzandı. Dağlıq Qarabağ Ermənistana birləşdiriləcək...” - PAŞİNYAN
10-05-2018 01:11
Baxış sayı:
25330

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan torpaqlarında qurulmuş qondarma “Dağlıq Qarabağ respublikasının” Ermənistana birləşməsi perspektivlərinə münasibət bildirib. Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb. “DQR”in beynəlxalq ictimaiyyət tərəfindən tanınması buna doğru aparan yollardan biridir. "DQR” beynəlxalq aləmdə tanınsa, Ermənistan və Qarabağ xalqları öz mövqelərini ifadə edəcək”, - deyə Nikol Paşinyan Xankəndidə verdiyi mətbuat konfransında bildirib. Qeyd edək ki, Paşinyan baş nazir postunda ilk səfərini işğal altında olan Dağlıq Qarabağa edib.