SON DƏQİQƏ: Ermənistanda benzinlə dolu qatarlarda güclü yanğın başladı - VİDEO

Baxış sayı:
4366

Ermənistanın Lori vilayətindəki Tumanyan dərmiyol stansiyası yaxınlığında benzinlə dolu vaqonlar alışıb.
Muxalifet.az Ermənistan mediasına istinadən xəbər verir ki, Baqrataşen şəhərindən Gümrüyə doğru hərəkət edən qatarın 17 vaqonu yanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qatardakı hər çənin həcmi 50 ton olub. 29 vaqondan 17-də bezin, 4-də taxıl, 1-də isə aliminium tikinti materialı daşınırmış.
İlkin məlumata görə, qəzaya lokomotivin relsdən çıxması səbəb olub.