SON DƏQİQƏ: Fuad Abbasov aclıq aksiyasına başladı

Fuad Abbasov aclıq aksiyasına başlayıb.
Muxalifet.az xəbər verir ki, Rusiyada faəliyyət göstərən jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb, Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxladıqdan sonra bu gün Azərbaycana deportasiya olunacaq jurnalist səs yazısı paylaşıb.
Səs yazısında deyilir: "Mən bu gündən aclıq aksiyasına başladım. Çünki mən bu gün Azərbaycana getməli idim, amma aeroporta getdiyimiz yerdə yoldan avtomobili döndərib, məni Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə gətirdilər. Mən bununla razı deyiləm. Ya məni Azərbaycana göndərsinlər, ya da sərbəst buraxsınlar. Buna görə də aclıq aksiyasına başlayıram".