SON DƏQİQƏ: İran hara qaçsa, vuracağıq - XƏBƏRDARLIQ
31-05-2018 20:55
Baxış sayı:
4441

Muxalifet.az-ın verdiyi xəbərə görə, İsrail rejiminin Baş naziri Benyamin Netanyahu İranla bağlı açıqlama verib. Netanyahu bildirib ki, İran Suriyanın harasında olursa-olsun, onlar tərəfindən vurulacaq. "İranın Suriyada hərbi varlığının olmasına qarşı siyasətimizi davam etdirəcəyik. İranın yalnız Golan təpələrində deyil, Suriyanın heç bir yerində olmasını istəmirik", - deyə sionist rejim naziri söyləyib. Suriya Xarici İşlər Nazirliyi isə İran məsələsindəki mövqelərinin İsrailə təsiri olmayacağını bildirib.