​SON DƏQİQƏ: Naftalanın icra başçısı VƏFAT ETDİ

Baxış sayı:
4045

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov dünyasını dəyişib.
Muxalifet.az xəbər verir ki, bu barədə BakuPost-a İcra Hakimiyyətindən məlumat verilib.
İcra başçısının evində vəfat etdiyi bildirilir. Onun vəfatı ilə bağlı iki versiya var. Mənbələrdən biri onun evində dəm qazından zəhərləndiyini, digəri isə ürəktutmasından dünyasını dəyişdiyini deyir.
Qeyd edək ki, R. İbrahimov cəmi bir neçə ay öncə icra başçısı təyin edilmişdi.