Son Dəqiqə! Ölkə qarışdı - Tbilisi, Kutaisi və Batumidə etiraz aksiyası başladı (FOTO)

Baxış sayı:
3727

Hal-hazırda "Ayıbdır" və "Rusiya işğalçıdır" adlı hərəkatın nümayəndələri və üzvləri Kutaisinin mərkəzində etiraz aksiyasına başlayıblar. Muxalifet.az xəbər Gürcüstan mətbuatına istinadən xəbər verir ki, etirazçılar keçirdikləri aksiya ilə 15 yaşlı yeniyetmə Luka Siradzenin müvafiq ölümü ilə əlaqədar ailəsinə dəstək ifadə edirlər. 15 yaşlı yeniyetmənin ailəsinə daha bir dəstək etiraz aksiyası isə Batumidə başlayıb. Qeyd edək ki, 10 dekabr tarixində məktəbin hasarına "Bu həyatın anasını da" -sözlərini yazmış 15 yaşlı yeniyetmə polis tərəfindən sorğuya alınıb. Məlumata əsasən, polis yeniyetmənin törətdiyi əməli etiraf etməsini istəyib. Daha sonra polis bölməsindən evinə ayrılan 15 yaşlı Luka Siradze özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Bu hadisədən sonra o xəstəxanaya yerləşdirilsədə ancaq bir neçə saat əvvəl (17 dekabr) dünyasını dəyişib. Sözügedən olay ölkə ictimaiyyətində ciddi etirazla qarşılanıb. Bir qrup vətəndaş Tbilisidə Daxili İşlər Nazirliyinin önünə doğru yürüş edib və hazırda orada da etiraz aksiyası keçirilir. Muxalifet.az