SON DƏQİQƏ: Paşinyan Qarabağa “sahiblənir” – DANIŞIQ OLACAQ

Xankəndidə Ermənistan və qondarma “dqr”in “təhlükəsizlik şurası”nın birgə iclası start götürüb.
Muxalifet.az xəbər verir ki, iclas Qarabağ separatçılarının ofisində keçirilir. Görüşdə əsas müzakirə mövzusunun ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatı olduğu vurğulanıb.
“Aysor.am” saytına açıqlama verən Qarabağ separatçılarının “parlamenti”nin “xarici siyasət komissiyasının sədri” Arzik Mxitaryan görüşdə həmçinin Nikol Paşinyana Qarabağ adından Azərbaycan və dünya ilə danışıqlar üçün səlahiyyətlərin verilməsinin müzakirə ediləcəyini vurğulayıb:
“Əgər Paşinyan Qarabağın ona danışıqlarda iştirak və qərar qəbulu üçün səlahiyyət verməməsindən narahatdırsa, məncə, bu məsələ bugünkü iclasda həll ediləcək. Əlbəttə, biz Ermənistan hakimiyyətinə güvənirik və erməniyönlü qərarın qəbulu üçün onunla ortaq fəaliyyətə hazırıq”.