SON DƏQİQƏ: Türk ordusu İraqa girdi - Ermənistanadək sərhədlər NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Türk Silahlı Quvvələri (TSQ) Şimali İraqda PKK terrorçularına qarşı həyata keçridiy əməliyyat nəticəsində bu ölkənin sərhədlərinin daxilinə 22 km girib.
Muxalifet.az xəbər verir ki, TSQ İraqın şimalındakı Hakurk, Bermize, Kalareş və Sidekan bölgələrini ələ keçirib.
Türk ordusu bölgənin terrorçulardan təmizlənməsi ən mürəkkəb olan Bradost əyalətini də tam nəzarətə götürüb.
Türkiyə mətbuatının məlumatına görə, Bradost əyaləti Türkiyənin Şəmdinli tərəfdən Hakkarı, Van, Ağrı, Bitlis, Ərzurum, Ərzincan və Ermənistanadək bir keçid xətti rolunu oynayırdı.
Bradostun nəzarətə götürülməsi terrorçuların Türkiyənin bu əyalətlərinə keçidinin qarşısını alacaq. TSQ-nin həyata keçirdiyi əməliyyatlar nəticəsində PKK-nın üzdə olan 14 siması ərazini tərk edərək Qəndilə qaçıb.
Bundan əlavə, 2 minədək terrorçu Türkiyə sərhəddini keçə bilməyərək, Qəndilə dönüb. Ərazidə ələ keçirilən bazalar boşaldılıb. Hazırda kiçik qrup halında olan terrorçular Türkiyə ordusuna qarşı müqavimət göstərir.
Qeyd edək ki, Barazgir vadisinin nəzarətə götürülməsi ilə PKK terrorçularının şimala doğru hərəkətinə imkan verilməyəcək . Bu vadi eyni zamanda, terrorçuların Suriyadakı Sincar bölgəsinə doğru hərəkət yolu hesab olunur.
Xəbər verilir ki, növbəti mərhələdə bu ərazidən Qəndilə doğru əməliyyatların hazırlanması və koordinasiyası həyata keçiriləcək. Qəndilə planlaşdırılan əməliyyatla bağlı Türk Silahı Qüvvələrin komandanlığı İranın Silahlı Qüvvələri rəhbərləri ilə 4 görüş keçirib və danışqılarda Qəndilin İranla sərhəddindəki yaşayış məntəqlərinin bir neçəsinin boşaldılması planlaşdırılır. Bu əməliyyat zamanı İran ordusu da Türkiyəyə dəstək verəcək