​Son həftədə ikinci qum fırtınası: 12 ÖLÜ

Baxış sayı:
5536

Hindistanın Uattar-Pradeş ştatında qum fırtınası və güclü leysan yağışları ölümə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “New Indian Express” nəşri yerli polisə istinadən məlumat yayıb.
Xəbərə əsasən, təbii fəlakət nəticəsində azı 12 nəfər həlak olub.
Bu son həftədə baş verən ikinci qum fırtınasıdır. Mayın 2-dən 3-nə keçən gecə baş verən təbii fəlakət nəticəsində azı 134 nəfər ölüb, daha 400 nəfər isə xəsarət alıb.