Şərq Aralıq dənizindəki hərbi təlimdə “Aişə tətilə çıxdı” mesajı nə anlama gəlir?

Şərqi Aralıq dənizində təşkil edilən Şəhid Leytenant Caner Gönyeli Axtarış və Xilasetmə hərbi təlimi müvəffəqiyyətlə başa çatıb. Hərbi təlimdə bir pilotun formasındakı "Aişə tətilə çıxdı" sözlərinin həkk olunduğu emblem diqqəti çəkib.
'AİŞƏ TƏTİLƏ ÇIXDI' NƏ ANLAMA GƏLİR?
Türkiyənin “Milliyyət” qəzetinin xəbərinə görə, hərbi təlimə qatılan bir əsgərin formasındakı emblem və üzərində həkk olunan yazı diqqəti çəkib. Hava Qüvvələrinə məxsus bir pilotun geyiminin qolundakı emblemdə 1974-dəki Kipr Sülh Hərəkatının başlama paroluna işarə edilir. İngiliscə həkk olunan yazıda, "Aişə tətilə çıxdı" ifadəsi yer alır. Ayrıca emblemdəki Kipr adasının üzərinə yerləşdirilən döyüş təyyarəsinin yanında Türk Kipri ilə Türkiyə bayraqları yan-yana yerləşir. Emblemdə istifadə edilən F-100 Super Sabre döyüş təyyarəsi TSQ-nin Kipr Sülh Hərəkatında sabit qanadlı hava qüvvələrinin bel sümüyünü meydana gətirirdi. Ayrıca emblemi daşıyan pilotun adının Aişə olması da emblemi daha mənalı edir.
Müxalifət.az