Stoltenberq ABŞ-a gedir: 4 XÜSUSİ GÖRÜŞ
11-05-2018 18:17
Baxış sayı:
4168

NATO-nun Baş katibi Yens Stoltenberq 16-18 may tarixləri arasında ABŞ-a səfər edəcək.
Muxalifət.az xəbər verir ki, səfər çərçivəsində baş katib ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Stoltenberqin bundan əlavə Dövlət katibi Mayk Pompeo, Müdafiə naziri Ceyms Mettis və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonla görüşlər keçirməsi nəzərdə tutulur.