Stüardessa özünü TƏYYARƏDƏN ATDI
17-03-2018 11:42
Baxış sayı:
3943

Birləşmiş Ərəb Əmirlikləri Hava Yollarına məxsus Boinq 777 təyyarəsinin stüardessası Dubay-Entebbə uçuşunu yerinə yetirərkən təyyarədən tullanaraq həyatını itirib.
“Emirates” Hava Yollarının Dubay-Entebbə səfərini icra edən Boinq 777 tipli sərnişin təyyarəsinin stüardessası təyyarə Uqandadakı Entebbe Hava Limanına enən zaman fövqəladə çıxış qapısını açaraq tullanıb. Elena Vasileva adlı 46 yaşındakı kabinə məmuru metrlərlə hündürlükdən eniş zolağına yıxılıb. Kisubi Xəstəxanasına aparılan stüardessanı xilas etmək mümkün olmayıb. Açıqlama verən hava yolu şirkəti, fövqəladə çıxış qapısını açan stüardessanın tullanaraq həyatını itirdiyini bildirib. Hadisə ilə bağlı istintaq başlayıb.
Müxalifət.az