Səudiyyə Amerikalılara LƏL-CƏVAHİRAT “HƏDİYYƏ” EDİB

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın mətn müəllifi Ben Rhodes, yeni nəşr olunan kitabında 2009-ci ildə Səudiyyə Ərəbistanına etdiyi səfər çərçivəsində Ağ Ev rəsmilərinə ləl-cəvahirat “hədiyyə” edildiyini açıqlayıb.
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın vəzifədə olduğu 2009-ci ildə Səudiyyə Ərəbistanına etdiyi səfər zamanı, Ağ Ev rəsmilərinə çamadanlar dolusu zinətlər hədiyyə edildiyi, ancaq Amerika qanunua görə, bunların dövlət protokol ofisinə təhvil verildiyi ifadə edilib. Obamanın mətn müəllifi və keçmiş Milli Təhlükəsizlik üzrə məsləhətçisi Ben Rhodes, dünən dərc olunan "Obamanın Ağ Sarayı - Dünya olduğu kimi" adlı kitabında 2009-dakı səfərlə bağlı "Otağımın qapısını açanda böyük bir çamadan tapdım. İçində brilyantlar vardı" deyə, yazıb.
NİTQ MƏTN ÜÇÜN RÜŞVƏT VERDİKLƏRİNİ SANDIM
Rhodes, o an bunun yazacağı və Misirdə Obamanın Müsəlman dünyasına müraciət etmək üçün oxuyacağı çıxış mətni ilə bağlı bir rüşvət olduğunu düşündüyünü söyləyib. Ancaq daha sonra Ağ Ev nümayəndə heyətinin digər üzvlərinin də oxşar hədiyyələr aldığını öyrəndiyini qeyd edib. Kitabındakı bu fəsillə bağlı İngilis “Guardian” qəzetinə əlavə açıqlamalar edən Rhodes, "Zinətlə dolu çamadanlar var idi. Onları dövlət protokol ofisinə verdik. İstəsəniz hədiyyələri satın ala bilərsiniz, amma qiymətin yüksəkliyi səbəbiylə kimsənin almadığını xatırlayıram" deyib.
Rhodese verilən hədiyyələr arasında gümüş qol düymələri, bir qadın və kişi saatı, bir gümüş qələm və brilyant zinət dəsti olduğu, ümumi dəyərinin 5 min 405 dollar olduğu bildirilib. Dövrün Səudiyyə Kralı Abdullah, dövrün birinci xanımı Mişel Obamaya yaqut və almazdan ibarət 132 min dollarlıq zinət dəsti hədiyyə etmişdi. Bu hədiyyə də Amerikan milli arxivinə verilmişdi.
Müxalifət.az