Səudiyyə nazirindən PKK-ya dəstək tələbi

Səudiyyə Ərəbistanının Körfəz Əlaqələri naziri Tamer Əl Sabhan Suriyada terror təşkilatı YPG/PKK işğalındakı bölgələri ziyarət edərək bir araya gəldiyi ərəb tayfalarının nümayəndələrindən terror təşkilatına dəstək vermələrini istəyib.
Yerli qaynaqlardan əldə edilən məlumata görə, Əl Sabhan ABŞ-ın İŞİD əleyhinə beynəlxalq koalisiya nəzdindəki nümayəndəsi William Robak ilə birlikdə YPG/PKK işğalındakı bölgələri ziyarət edib.
Səudiyyə naziri Deyrizor bölgəsinin şərqindəki Əl Ömər neft sahəsində ərəb tayfalarının nümayəndələri ilə də bir araya gəlib.
Yığıncaqda, terror təşkilatı İŞİD-a qarşı sözdə mübarizədə və bölgədəki ərəblərə yardım vədi verən Əl Sabhan, bunun əvəzində terror təşkilatı YPG/PKK-ya dəstək istəyib
TÜRKİYƏ VƏ QƏTƏR XƏBƏRDARLIĞI
Qaynaqlar bundan başqa, Əl Sabhanın Türkiyə və Qətər ilə yaxınlaşmamaları üçün tayfaları xəbərdar etdiyini ifadə edib.
Qeyd edək ki, nazir Əl Sabhan daha əvvəl də terror təşkilatı YPG/PKK-nın işğalındakı bölgələrə səfər etmişdi.
Müxalifət.az