Səudiyyə Ərəbistanında hərbi bazaya HÜCUM OLUB
31-05-2018 14:40
Baxış sayı:
1507

Səudiyyə Ərəbistanında Məkkə şəhərindən 70 kilometr aralıda yerləşən Taif şəhərindəki Milli qvardiyanın bazasına baş vermiş hücum nəticəsində bir neçə hərbçi yaralanıb. Bundan əvvəl isə hücum edənlər polis əməkdaşını qətlə yetiriblər.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, terrorçulardan biri bıçaqla yol hərəkətinə nəzarət edən polis serjantına hücum edib və onu qətlə yetirib, silahını və avtomobilini ələ keçirib.
Silahlılardan biri Milli qvardiyanın hərbçiləri ilə atışmada yaralanıb və sonradan saxlanılıb. İkinci terrorçu qaçıb.
Hələlik heç bir qruplaşma bu hücuma görə məsuliyyəti boynuna götürməyib.