Səudiyyə Ərəbistanından çirkin “Türkiyə” çağırışı

Baxış sayı:
9961

Ötən günlərdə “Türkiyəyə sərmayə qoymayın” çağırışı edən Səudiyyə Ərəbistanı, düşməncə siyasətini davam etdirir.
 
Türkiyənin yaşadığı siyasi gərginliklərdən sonra iqtisadiyyatda sıxıntılar meydana gəlib. Valyuta faizlərində yaşanan dalğalanmalara spekulyativ hərəkətlər də əlavə olununca, vəziyyət pisə doğru gedib. Türkiyənin iqtisadi olaraq sabitliyə qovuşmasını istəməyən Səudiyyə Ərəbistanı sərmayələrin dayandırılması istiqamətində çağırış edib.
 
"TÜRKİYƏYƏ SƏRMAYƏ QOYMAYIN"
 
Ötən günlərdə Riyad Ticarət və Sənaye Birliyinin başçısı Ajlan al-Ajlan Səudiyyə sərmayəçilərinin Türkiyədən qaçınmasını istəyib.
 
"QARDAŞ ÖLKƏLƏRƏ GEDİN"
 
Bu açıqlamadan sonra Al-Ajlan ikinci bir açıqlama verib. Səudiyyə Ərəbistanından Türkiyəyə gedən turistlərin təhqirə və təcavüzə uğradığı yalanını söyləyən al-Ajlan, Səudiyyə turistləri "qardaş ölkələr" olaraq xarakterizə etdiyi Misir, Dubay kimi bölgələrə getmələrini tövsiyə edib.
Müxalifət.az