Səudiyyə Ərəbistanından TÜRKİYƏ İLƏ BÖHRAN ÇIXARACAQ HƏMLƏ

ABŞ-ın Suriyanın şimalında terror təşkilatı PYD/YPG ilə quracağı qanunsuz sərhədi mühafizə qüvvələrinə dəstəyini açıqlayan Səudiyyə Ərəbistanı, təşkilata maddi yardım göndərib.
Suriyalı müxaliflərə aid “Baladi-News”-un bildirdiyinə görə, ABŞ tərəfindən dəstəklənən terror təşkilatı PYD, “Kuvvatus-Sanadid” adlı qrupla birlikdə Suriya-İraq sərhədindəki Yarubiyedə “sərhəd mühafizəçiləri” üçün qeydiyyata başlayıb.
NƏZARƏT MƏNTƏQƏLƏRİ YARADACAQ
Qanunsuz birlikdə iştirak edənlərin 2 il xidmət edəcəyi və 200 dollar maaş alacaqları bildirilib. Xəbərdə PYD-nin yaratdığı bu hərbi birlik üçün Səudiyyə Ərəbistanından maddi yardım aldığı da qeyd olunub.
Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi yanvarın 14-də Suriyanın şimalında 30 min nəfərlik bir sərhəd mühafizəçiləri qüvvələri yaradılacağını açıqlamışdı, Türkiyə bu xain əmələ təpki göstərmişdi.
Xəbərdə, ABŞ tərəfindən dəstəklənən qüvvələrin Suriya-İraq-Türkiyə sərhədində nəzarət məntəqələri yaratmağa hazırlaşdığı da bildirilib.
Müxalifət.az