Səudiyyə vəliəhdi aldadıldı: 450 milyon dollarlıq Hz. İsa tablosu saxta çıxdı

Baxış sayı:
4444

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın iki il əvvəl hərracda satın aldığı Da Vinçinin Hz. İsa tablosunun saxta olduğu ortaya çıxıb.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 2 il əvvəl Leonardo Da Vinçinin Salvador Mundi adlı rəsm əsərini 450 milyon dollar ödəyərək satın almışdı. Rekord qiymətə satın alınan bu rəsm əsəri tarixə keçərkən, vəliəhd şahzadə xoşagəlməz bir sürpriz ilə qarşılaşıb.
Səudiyyə şahzadənin aldığı Da Vinçinin rəsm əsəri deyə aldığı tablo orijinal deyil, sıradan atelye çalışması olduğu ortaya çıxıb.
 
ŞAHZADƏ ALDADILDI
 
Sənət əsəri deyə satın aldığı protretin New York-dakı bir hərracdan satın alındığı müəyyən olunub. Vəliəhd şahzadəyə pis xəbər iki il sonra gəlib. 450 milyon dollara alınan əsərin sahibinin Leonardo Da Vinçi olmadığı aydın olub.
Parisdəki Louvre Muzeyində çalışan bir sənət tarixi mütəxəssisi əsərin sıradan atelye çalışması olduğuna qərar verib.
Hz. İsanın təsvir edildiyi Salvador Mundi adlı tablo, yəni Dünyanın Qurtarıcısı adlı əsərin gerçək sahibinin Leonardo Da Vinçi olduğundan əvvəldən də şübhələnilirdi.
Müxalifət.az