'Səudiyyədən rüşvət alıb' iddiası İngiltərəni qarışdırdı

Baxış sayı:
1819

İngiltərədə iqtidardakı Mühafizəkar Partiyanın liderliyi və baş nazirlik kreslosu üçün yarışan iki namizəddən biri olan Xarici İşlər naziri Jeremy Hunt, seçki kampaniyası üçün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana yaxın bir şəxsdən pul “hədiyyə”si aldığı irəli sürülüb.
 
“Buzzfeed” internet saytının xəbərində, İngilis hökumətinin Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman nəzdindəki xüsusi nümayəndəsi Ken Costanın Hunt-un liderlik yarışı kampaniyasına 10 min sterlinq (təxminən 70 min TL) pul bağışladığı ifadə edilib.
Costanın vəliəhd şahzadə bin Salmanın "yaxın iş yoldaşı" və İngiltərə ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrdə "ən əhəmiyyətli rola sahib adam" olduğu bildirilib.
Cənubi Afrika mənşəli Ken Costanın sosial media hesablarında, bin Salman ilə birlikdə çox sayda fotoşəkil paylaşması diqqəti çəkərkən, Hunta edilən bağışların Costanın "KJ Costa Məsləhətçilik" adlı şirkətindən gəldiyi ifadə edilib.
 
"Hunt pulu dərhal qaytarmalıdır"
 
Ana müxalifətdəki İşçi Partiyasının millət vəkillərindən Lloyd Russell-Moyle xəbər saytına etdiyi açıqlamada, Hunta Costadan aldığı pulu qaytarması çağırışını edib.
Hələ də Xarici İşlər naziri kreslosunda oturan Hunt baş nazirlik yarışını maliyyələşdirməsi üçün Səudiyyə Ərəbistanı ilə əlaqəli pullar almasının ciddi suallara gətirib çıxardığını ifadə edən Russell-Moyle, "Hunt pulu dərhal qaytarmalıdır və Xarici İşlər naziri olaraq vəzifəsinə təsir edəcək hədiyyələri bundan sonra qəbul etməyəcəyinə sözünü verməlidir" deyib.
Qeyd edək ki, İngiltərə gələn həftə Hunt-un liderliyində Qlobal Media Azadlığı Konfransı keçirməyə hazırlaşır.
Siyasi müşahidəçilər media azadlığı konfransını təşkil edən Hunt-un jurnalist Camal Qaşıqçı cinayətində əli olan bin Salman ilə yaxın əlaqədə olan bir adamdan hədiyyə qəbul etməsinin təşkil etdiyi ziddiyyətə diqqəti çəkir.
 
Johnsona 14 min sterlinq
 
Baş nazirlik yarışındakı digər şəxs olan keçmiş Xarici İşlər naziri Boris Johnson da keçən il Səudiyyə Ərəbistanına reallaşdırdığı bir gəzinti üçün bu ölkədən 14 min sterlinq (təxminən 98 min TL) almasıyla bağlı mübahisələrə səbəb olmuşdu.
Müxalifət.az