Səudiyyənin “Ərəb gücü” SURİYANI BÖLƏCƏK

Baxış sayı:
5356

Suriyada ötən həftə PYD-li terrorçularla bir araya gələn Səudiyyə rəsmilərinin yaradacaqları “Ərəb gücü” ilə ölkəni parçalamaq planı ortaya çıxıb. Plana görə ər-Riyad, mərkəzi Raqqa olan bir federasiya qurmağı hədəfləyir.
 
ABŞ prezidenti Donald Trampın əsgərlərini Suriyadan çəkmək planı çərçivəsində layihə terror təşkilatı PYD/PKK ilə birlikdə ölkənin şimalında asayişi təmin etməsi gözlənilən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) başçılığı altındakı “Ərəb gücü”nün Suriyanı parçalamaq planı ifşa olub. PYD-nin işğalında olan Eyn Əl Ərəbdə ötən həftə terrorçularla bir araya gələn Səudiyyə rəsmilərinin, Suriyanın şimal-şərqində federasiya qurmağı planlaşdırdığı bəlli olub.
 
RUSİYA İLƏ TƏHDİD
 
“Basnews”-a məlumat verən görüşdə iştirak edən mənbələr, Səudiyyə və BƏƏ rəsmilərin bölgədəki Amerika bazasında həm PYD-li terrorçular, həm də Ərəb tayfaları ilə görüşdüyünü deyib. Körfəzdən gələn heyətin, tayfaların verəcəyi insan qaynağı ilə Suriyanın şimal-şərqindəki bölgələrdə Ərəblərdən ibarət olan hərbi gücün formalaşması məsələsində anlaşdığı bildirilib. PYD-li terrorçuların bu təklifi ABŞ-ın təzyiqi ilə qəbul etdiyini bildirən mənbələr, "Tramp onları Rusların insafına buraxmaqla təhdid edib" deyə, söyləyib.
 
ABŞ BAZALARI QALACAQ
 
Səudiyyəlilərlə həyata keçirilən görüşdə iştirak edən bir başqa mənbə isə “Ərəb gücü”nün ilk əvvəl Raqqada yerləşdiriləcəyini və buradan şimal-şərqi Suriyadakı Ərəb bölgələrinə paylanacağını qeyd edib. YPG-nin dağıdılmayacağını vurğulayan mənbə, ABŞ-ın əsgərlərini çəkəcəyini, ancaq bazalarını ləğv etməyəcəyini bildirib. Raqqada terror təşkilatı PYD-nin qurduğu yeni siyasi qurum olan Suriya Gələcək Partiyasından Azad Barazi isə Səudiyyə Ərəbistanı körfəz məsələləri üzrə dövlət naziri Samir es-Sebhan ilə görüşündə federasiya layihəsinin gündəmə gəldiyini söyləyib.
 
HƏDƏF ŞİƏ HİLALI
 
“Basnews”-a müsahibə verən Barazi, Münbiç, Raqqa və Deyr ez-zoru əhatə edən bir Ərəb federasiyası qurulacağını və Səudiyyə əsgərlərinin bölgəyə yerləşməyə başladığını bildirib. Digər tərəfdən, “K24”-ə məlumat verən PYD-li bir terrorçu ər-Riyad rəhbərliyinin İranın “şiə hilalı” layihəsini Suriyada əngəlləmək istədiyini və “Ərəb gücü” məsələsində israrlı olduğunu söyləyib.
Müxalifət.az