Süleyman Şah EVİNƏ QAYIDIR

Baxış sayı:
4474

Türkiyə ilə ABŞ-ın Münbiçlə bağlı razılığa gəldiyi planın içərisində Süleyman Şah Türbəsi də var. 2015-ci ilin fevralında “Şah Fərat” əməliyyatı ilə Türkiyənin Eşmə kəndinə gətirilən türbə, region PKK-dan təmizləndikdən sonra Suriyanın Karakozakdakı köhnə yerinə daşınacaq. Türkiyə və ABŞ, Münbiçdə 11 müşahidə nöqtəsi yaradacaq. 6-sı TSQ-ya, 5-i Pentaqona aid olacaq.
 
Ankara ilə Vaşinqtonun Münbiç müqaviləsinə görə, PKK-dan təmizlənəcək şəhərdə TSQ 6, Pentaqon isə 5 müşahidə nöqtəsi yaradacaq. Münbiçin PKK-dan təmizlənməsinə dair ABŞ ilə Türkiyə arasında varılan razılaşmaya əsasən şəhər daxilində müşahidə nöqtələri yaradılacaq. Türkiyənin İdlibdə uğurla tətbiq etdiyi modelin oxşarı Münbiçdə yaradılacaq.
Razılaşmaya görə, bölgədə 11 müşahidə məntəqəsinin yaradılacağı, bunun 6-sının Türk Silahlı Qüvvələri, 5-nin isə Pentaqona aid olacağı bildirilib. Terror işğalına tamamilə son veriləcək strateji şəhərdə asayiş, təhsil, səhiyyə, məhkəmə kimi orqanlar yenidən formalaşacaq, PKK-nın işğal dövrünə aid bütün qalıqları aradan qaldırılacaq. Verilən məlumatlara görə, Münbiçdə Türkmən, Ərəb və Türklərdən ibarət olacaq yeni məclis qurulacaq. PKK dövründə idarəetmədə mövcud olan bütün vəzifə sahələri ləğv ediləcək. 45 günlük prosesdə daha əvvəl PKK-nın təhdidləri ilə rayondan çıxmaq məcburiyyətində qalan Münbiçlilərin geri qayıdışı təmin olunacaq.
Xoruz, Əbu Galgal, Sulayim, Tışrin, Sırrrin və Karakozak da terrorçulardan təmizlədikdən sonra Süleyman Şah Türbəsi yenidən köhnə yerinə daşınacaq. Prosesin dövrəyə girməsiylə dünən Suriya ərazisindəki PKK başçıları Tışrinə gələrək Amerikalılarla görüş keçirib. Təşkilat liderlərinin psixoloji çoküş yaşadıqları da bildirilir.
Müxalifət.az