Süleymani İsrailə RAKET ATDI: “Dəmir Gümbəz” işə düşdü
10-05-2018 09:33
Baxış sayı:
5524

İranın tabeliyi altından olan qüvvələr Suriya ərazisindən İsrailin Qolan təpələrindəki mövqelərinə raket zərbələri endiriblər.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Konrikus deyib. Onun sözlərinə görə, hücumu Qüds briqadası təşkil edib.
O, İsrail ərazisinə 20 raketin buraxıldığını və “Dəmir Gümbəz” hava hücumundan müdafiə sisteminin onların hamısının qarşısını aldığını bildirib.
Qeyd edək ki, Qüds briqadasına məşhur İran generalı Qasım Süleymani rəhbərlik edir.