Sumqayıtda mənzildən 47 yaşlı kişi meyiti tapıldı
15-06-2019 11:19
Baxış sayı:
4879

Sumqayıt şəhəri, 15-ci məhəllədə ölüm hadisəsi qeydə alınıb. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, 2 saylı yataqxanada 1972-ci il təvəllüdlü Cəfərov Mais Bayram oğlunun yaşadığı mənzildə meyiti tapılıb. Sumqayıt Şəhər Prokurorluğu tərəfindən ölümün səbəbləri araşdırılır.