Sumqayıtda özünü binadan atan şəxsin kimliyi bilindi - YENİLƏNİB
25-02-2018 13:23
Baxış sayı:
1308

Fevralın 24-də Sumqayıt şəhərində özünü çoxmərtəbəli binadan aşağı ataraq intihar edən kişinin şəxsiyyəti məlum olub.
“Report” bildirir ki, bu, Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Poladzadə Mehti Firudin oğludur.
***
Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Belə ki, təxminən 40-45 yaşlarında olan kişi özünü 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbəli binadan ataraq intihar edib.
Onun şəxsiyyəti hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.