Suriya: İsrail yalan məlumat yayır, İrana minnətdarıq
2-06-2018 22:42
Baxış sayı:
12592

ABŞ Suriyanın cənubundakı Tanf bölgəsində qurduğu hərbi bazadan dərhal çıxmalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Suriya Xarici İşlər naziri Vəlid Müəllim deyib. O bildirib ki, ABŞ bölgədən ayrılmasa, hər hansı razılıqdan söhbət gedə bilməz:
“Suriyanın təhlükəsizliyi ilə bağlı sazişi yalnız ABŞ öz ordusunu bölgədən geri çağırdığında əldə edə bilərik”.
Müəllim ABŞ ordusunun Suriyadan çıxması ilə bağlı İsrailin yalan xəbər yaydığını və İran əsgərlərinin Suriyada olması məsələsini İsrailin şişirtdiyini bildirib:
“Suriyada İranın hərbi bazası yoxdur. Hökumətə dəstək verən İran diplomatları var. Suriyaya göstərdiyi yardım üçün İrana minnətdarıq”