​Suriya ordusu vurula bilər – Araşdırma BAŞLADI

Baxış sayı:
8671

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (ing. Organisation for the Prohibition of Chemical Weapons) Suriyada araşdırmalara başlayıb.
Muxalifət.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təşkilat Suriyadakı kimyəvi silahlardan istifadə edildiyinə dair iddiaları araşdıracaq.
Qeyd edək ki, son günlər Suriyanın hökumət güclərinin kimyəvi silahdan istifadə etdiyinə dair iddialar çoxalıb. ABŞ isə bəyan edib ki, Dəməşqin kimyəvi silahlardan istifadə etməsi sübuta yetirilərsə, bu, Suriya ordusunun vurulması üçün əsas yarada bilər.