​Suriyada 5 qruplaşma Rusiyaya qarşı birləşdi

Baxış sayı:
3883

Suriyadakı 5 qruplaşma Şərqi Qutada vahid idarəetmə mərkəzi yaratmaq barədə razılıq əldə edib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Suriyada Döyüşən Tərəflərin Barışdırılması Mərkəzi yayıb. Mərkəz Əsədə qarşı ittifaq yaradan qrupların Ceyş əl-İslam, Nüsrə Cəbhəsi, Əhrar əş-Şam, Feylak ər-Rəhman və Fəcr əl-Umma olduğunu bildirib.
Qeyd edək ki, son günlər Şərqi Qutada vəziyyət gərginləşib. Suriya ordusu Rusiyanın dəstəyi ilə bölgədə genişmiqyaslı əməliyyatlara başlasa da? hələlik heç bir uğur əldə edə bilməyib.