​Suriyada azərbaycanlı İŞİD komandiri öldürülüb

Baxış sayı:
13027

Suriyanın İdlib əyalətində İŞİD dəstələrinə kamandanlıq edən azərbaycanlı öldürülüb.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, regionda təhlükəsizliyin təmin edilməsi üçün “Həyat Təhrir Şam” qruplaşması İŞİD-ə qarşı xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı İdlibin şimalında İŞİD-in gizli düşərgəsi aşkar edilib. Hücum zamanı İŞİD-in bir neçə yüksəkçinli komandirləri öldürülüb.
Öldürülənlər arasında Əbu Cəmal Azəri ləqəbli azərbaycanlı komandir də olub.