Suriyada müxali güclər BİRLƏŞİR: 60 MİNLİK ORDU

Baxış sayı:
5845

Azad Suriya Ordusuna (ASO) bağlı 11 hərbi müxalif qrupun birləşmə qərarı almasından sonra “Heyət Təhrir Şam”-ın da onlara daxil olacağı iddia edilib. Beləliklə, 60 min nəfərlik bir müxalif gücü yaranacaq.
 
Suriyada Əsəd hakimiyyətinə müxalif olan silahlı qruplar birləşir. İdlib və Hama rayonunun şimalındakı Azad Suriya Ordusuna (ASO) bağlı 11 hərbi müxalif qrupun "Milli Azadlıq Cəbhəsi" adı altında birləşmə qərarı almasından sonra “Heyət Təhrir Şam”-ın (HTŞ) da bu qrupa qoşulacağı iddia edilib.
ASO-ya bağlı 11 hərbi müxalif qrupun birləşməsi ilə yaranacaq 30 min nəfərlik qüvvə adından edilən açıqlamada, "Yeni quruluşun hədəfi Suriyada İdlib əyalətindəki ASO-nun bütün birliklərini vahid çətir altında toplamaqdır" deyilib. ASO-ya bağlı 30 min nəfərlik qrupa qoşulacağı iddia edilən HTŞ ilə bu sayın iki qata çıxması gözlənilir. Suriyadakı ən böyük müxalif qruplardan biri olan HTŞ-nin, Əsədə qarşı ASO ilə birləşməsinin bölgədəki tarazlıqları dəyişdirəcəyi dilə gətirilir və başqa müxalif qrupların da bu prosesə daxil ola biləcəyi iddia edilir.
Sözügedən birləşmə ilə bağlı hər hansı bir rəsmi açıqlama verilməsə də, ötən il ABŞ-ın terror təşkilatı siyahısına əlavə etdiyi HTŞ-nin, ASO ilə birləşməsindən sonra bu siyahıdan çıxarılacağı da güman edilir.
Müxalifət.az