Suriyada uzun müddətli MÜHARİBƏ HAZIRLIĞI

Baxış sayı:
9181

Suriyada uzun sürəcək yeni bir müharibəni tətikləyənABŞ-İsrail alyansı, şimaldakı İŞİD-PKK oyununu cənubda Şiələr üzərindən həyata keçirəcək. ABŞ, Suriyanın şimal və şərq bölgələrində İŞİD üzərindən oynadığı oyunun oxşarını indi cənubda İranın dəstəklədiyi Şiə milisləri bəhanəsi ilə həyata keçirmək istəyir. ABŞ və İsrailin Suriyada uzun müddətli bir müharibəyə hazırlaşdığını deyən “Ceyşül Mücahid”-in keçmiş siyasi məsələlər üzrə səlahiyyətlisi Zəkəriyyə Mollahafçi, "Qərbli güclər öncə İranı, sonra da Türkiyəni Suriyadan çıxarmanın planlarını hazırlayır" deyib. Son 2 ayda İsrailin Əsədə aid 79 obyekti vuraraq İranın dəstəklədiyi 400 Şiə milisini öldürdüyünü bildirən Mollahafçi, "Cənubda Holan, Kuneytra və Deradan başlayaraq, İordaniya və sonra Suriyanın İraqla sərhəd bölgələrindəki bütün xətt İran və Şiə milislər bəhanəsi ilə vurulacaq. “Cənub dəhlizi” planı dövrədədir. ABŞ Şiə qrupları 6 ildir ki, izləyir, İsrail hücumlarına legitimlik qazandırmaq üçün bu qrupları terror siyahısına salmağa başlayıb" deyə söyləyib. Sonra Mollahafçi bunları deyib: İŞİD MODELİ “ABŞ və İsrail Suriyada uzun müddətli bir müharibəyə hazırlaşır. Zamanında PKK üçün qurulan oğurluq xətt, İŞİD bəhanəsi ilə edilmişdi. İndi eyni modeli Şiə qruplar üzərindən cənubda tətbiq edəcəklər. Keçdiyimiz günlərdə Suriyada döyüşən Hizbullah, Asaeb Ehlül Haqq və Hərəkəti Nuceba adlı Şiə qruplar terror siyahısına alındı. ABŞ 2015-də başlatdığı prosesi bu dəfə cənubdan davam etdirəcək. İsrail onsuz da rəsmən meydandadır. İranın dəstəklədiyi qrupların Livan, İordaniya və İraqla əlaqələrini kəsərək Suriyadan çıxmalarını təmin edəcəklər". NÖVBƏTİ HƏDƏF TÜRKİYƏ İsrail, Suveyda-Kuneytra xəttini istəyir. ABŞ isə Hasekə və Raqqaya əlavə olaraq Deyrizorda bütün nəzarəti təmin etmək həvəsindədir. Tabka, Rimeylan və Tanif bazalarına əlavə olaraq Deyrizorun şərqində da daimi bazalar qurur. Suriyada döyüşən Şiə qrupların ləğvindən sonra Afrin, İdlib, Cerablus, Xama, Anedan, Əl Bab, Azez, Çobanbey kimi geniş bir sahəyə yayılan Türk hərbi varlığının Suriyadan çıxarılması üçün hərəkətə keçəcəklər. ABŞ, “Fərat Qalxanı” və “Zeytun Budağı” Hərəkatlarında çox dəqiq bir məğlubiyyət aldı və gücü yetdiyi qədər bunun əvəzini çıxmağa çalışacaq". Müxalifət.az