Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır

Baxış sayı:
4138

24.02.2019 saat 22:00-dan 25.02.2019 səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
“Səbəb qeyd edilən ərazilərdə üfiqi nişanlanma xətlərinin çəkilməsidir. Sürücülərdən bunu anlayışlar qarşılamalarını xahiş edirik”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Xocalı prospektində üfiqi nişanlanma xətlərinin çəkilməsi işləri artıq yekunlaşıb.