SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Daha bir küçədə hərəkət məhdudlaşdırılacaq
23-02-2019 10:19
Baxış sayı:
3601

Fevralın 23-də Bakının Xətai rayonu, Xocalı prospektində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilir ki, avtomobillərin hərəkətinin məthdudlaşdırılmasına səbəb prospektdə üfüqi nişanlanma xətlərinin çəkilməsidir.
Bu məqsədlə adıçəkilən ərazidə gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.