Şuşa və Xankəndində HƏYƏCAN SİQNALI - “Azərbaycan hücuma keçir!..” - FOTO
29-03-2019 20:07
Baxış sayı:
13765

Ermənilər sığınacaqlara doluşdu, amma...
Azərbaycan və Ermənistan liderləri Vyanada Qarabağ danışıqları keçirdiyi ərəfədə işğal altındakı torpaqlarımızda növbəti mülki müdafiə təlimləri çərçivəsində həyəcan siqnalları çalınıb.
Muxalifet.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, bu gün- martın 29-u, saat 11:00-da qondarma rejimin fövqəladə hallara cavabdeh qanunsuz qurumları işğal altındakı Şuşa, Xankəndi və Hadrut şəhərlərində “düşmən”in, yəni Azərbaycanın gözlənilə bilən hava hücumundan müdafiə olunmaq məqsədi ilə yerli sakinlər, məktəblilərlə təlim keçirib, həyəcan siqnalları çalınıb və ermənilər sığınacaqlara doluşub. Əlaqədar qurum rəhbərləri təlimlərin “uğurlu” keçməsi barədə rejim rəhbərliyinə məruzə ediblər.