Taliban hücum etdi: 4 amerikalı əsgər ÖLDÜRÜLDÜ
12-05-2018 14:03
Baxış sayı:
3637

Əfqanıstanın şimalındakı Pervan vilayətinin Baqram əyalətində Talibanın hücumu nəticəsində ABŞ-ın 4 əsgəri öldürülüb.
Muxalifət.az xəbər verir ki, bu barədə Talibanın sözçüsü Zebihullah Mücahid deyib.
“Keçən gecə Baqram əyalətində ABŞ-a məxsus zirehli avtomobilə hücum edilib, içindəki 4 amerikalı əsgər öldürülüb”, - deyə o bildirib.
Yerli mənbələr də ABŞ əsgərlərinə məxsus avtomobilə hücum edildiyini təsdiqləyib. Lakin Əfqanıstandakı ABŞ bazası məsələyə ilə bağlı heç bir açıqlama verməyib.