Tamar Çuqoşvili Gürcüstan parlamentinin müvəqqəti spikeri oldu
21-06-2019 16:23
Baxış sayı:
9496

Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili müvəqqəti olaraq spiker səlahiyyətlərini yerinə yetirəcək.
“Report” xəbər verir ki, spiker İrakli Kobaxidze istefası ilə bağlı parlamentə müraciət edəcək.
Prosedur qaydalara əsasən, əgər parlamentin sədri vəzifəsini vaxtından əvvəl tərk edirsə, bu zaman yeni sədr 14 gün ərzində seçilir.
Yayılan məlumatlara əsasən, hakim Gürcü Arzusu Partiyası spiker postuna parlament çoxluğunun sədri Arçil Talakvadzenin namizədliyini irəli sürəcək.