Tanınmış müğənni avtomobil qəzasına düşdü - FOTO
8-07-2019 10:25
Baxış sayı:
2680

Ukraynalı müğənni İvanna Baqova avtomobil qəzasına düşüb.
Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, qəzanı İvannanın sevgilisi qəsdən törədib. Nəticədə müğənni ağır xəsarət alıb.
Qəza Slovakiyada baş verib. Baqova və anası maşında olub. Sükan arxasında isə onun sevgilisi imiş. Gənc oğlan idarəetməni itirib və yüksək sürətlə hasara çırpılıb.
Ukrayna KİV-inin xəbərinə əsasən, İvannanın əli sınıb. Anasının isə daxili orqanları zədələnib. Sürücünün körpücük sümüyü sınıb.
"Mən şadam ki, sağ qalmışam. Biz sərhəddə 8 saat gözlədikdən sonra məlum oldu ki, sevgilim psixopatdır. Onu müalicə etmək lazımdır. Əsas odur ki, biz sağıq", - müğənni bildirib.