“Taxt oyunları”na görə bütün dünyanı gəzən bloqer
24-02-2018 21:26
Baxış sayı:
4891

“Taxt oyunları” serialının fanatı olan almaniyalı bloqer Andrea Devid dünyanı gəzərək ekran işinin çəkildiyi məkanları ziyarət edir.
Muxalifet.az xəbər verir ki, Devid bütün dünyada maraqla izlənilən serialın bəzi səhnələri harada çəkilibsə, oraya gedir və şəkillər vasitəsilə həmin səhnəni yenidən canlandırır.
Devid bütün bunları sosial media hesabından paylaşır. Xeyli sayda izləyici toplayan bloqerin paylaşımları maraqla qarşılanır.