Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan 6-nın adı məlum oldu - FOTO (YENİLƏNİR)

Hacıqabul rayonunda Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan 6-nın adı məlum olub.
Gürcüstan vətəndaşı, 1971-ci il təvəllüdlü Orbalişvili Petri Qadiroviçin idarə etdiyi sərnişin avtobusu idarəetmədən çıxaraq "KamAZ"la toqquşub.
Nəticədə sürücü Petri Orbalişvili və avtobusda olan sərnişinlər - 2000-ci il təvəllüdlü Qvanca Makhabelli, Anna Qavuaşvili, Tamar Okronidze, Georgi Okronidze və Mariam Datviaşvili müxtəlif dərəcəli xəsarətlər alıblar. (report)
Hacıqabul rayonunda "Kamaz"la toqquşan nəqliyyat vasitəsi Tbilisi-Bakı sərnişin avtobusudur.
Hacıqabul rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Şirvan şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları hadisə yerinə cəlb ediliblər.
İlkin məlumatlara görə, yaralılardan 14 nəfəri Şirvan Şəhəri Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıların isə Hacıqabul Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.
Yaralıların ümumi sayının 30-dək olduğu bildirilir. Yaralılardan ikisinin vəziyyəti ağırdır, digərlərinin həyatına təhlükə yoxdur. (report)