TBMM-dən "erməni soyqırımı" ilə bağlı qərara - Sərt reaksiya
23-02-2018 21:12
Baxış sayı:
11902

Türkiyə Böyük Millət Məclisi Hollandiya parlamentinin üst palatasının 1915-ci il qondarma erməni soyqırımı ilə bağlı irəli sürülən qətnaməni qəbul etməsinə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, TBMM şiddətlə Hollandiyanın qərarını qınayıb.
TBBM-dən verilən bəyanatda 1915-ci illə bağlı əsassız iddiaların qəbul edilmədiyi və qərarın heçə sayıldığı bildirilib.
Qeyd edək ki, Hollandiya parlamentinin üst palatası 1915-ci il qondarma erməni soyqırımı ilə bağlı irəli sürülən qətnaməni qəbul edib.