Tehran da ayağa qalxdı: İsrailə etiraz...
16-05-2018 20:35
Baxış sayı:
6760

Bu gün Tehranda ABŞ-ın səfirliyinin Təl-Əvivdən Qüdsə köçürməsinin əleyhinə kütləvi aksiya keçirilib.
Muxalifet.az xəbər verir ki, aksiya iştirakçıları ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin qarşısına toplanaraq “Fələstinə azadlıq” şüarlarını səsləndiriblər. Aksiya iştirakçıları, həmçinin fələstinlilərə qarşı zorakılığın tətbiq edilməsinə etirazlarını bildiriblər.