Terror yuvası Kandildə üç edam siqnalı

Baxış sayı:
13789

Terror təşkilatı PKK-nın 7 terrorçubaşlarından biri olan Diyar Qəribin öldürülməsi təşkilatda təlaşa səbəb olub.
 
Pilotsuz SİHA və İHA-ların hədəfinə gəlməmək üçün yuvalarından belə çıxa bilməyən terrorçubaşları, ard-arda açıqlamalar verərək təşkilat içində edam siqnalı verir. Diyar Qəribin üzvü olduğu sözdə Kürdüstan Milli Konqresindən edilən açıqlamada, həm təşkilat üzvləri, həm də örtülü olaraq Bərzani rəhbərliyi ‘xəyanətlə” günahlandırılıb. Açıqlamada, "Türk dövləti casusluq fəaliyyəti və daxili xəyanət olmadan Kandildə və Başurda bir döyüşçünü, bir siyasətçini təqib edə bilməz. Xəyanətçilərin dəstəyi ilə bu qırğın reallaşdırıldı. Başurdakı bütün səlahiyyətliləri də daxili xəyanətin və casusluğun önünə keçməyə dəvət edirik" deyilib. Öldürülən Diyar Qərib kimi, təşkilatın 7 sözdə rəhbərindən biri olan Mustafa Karasu isə digər terrorçuarı təhdid edib. PKK terrorçubaşısı Karasu bunları söyləyib:
 
‘CASUSLARA CƏZA GƏLİR'
 
"Qəti olaraq planlaşdırılmış, işbirlikçilərlə, casuslarla reallaşdırılmış bir qırğındır. Qəti olaraq ortada işbirlikçiləri var. Casusları var. Ən ağrılı olan vəziyyət də budur. Ağrılı olan pulla satılmış bəzi kəslərin kəşfiyyat məlumatı verərək Diyar Qərib kimi yoldaşlarımızın şəhid olmasına səbəb olmasıdır. Təbii belə başqa hadisələr də var. Behdinanda da bir çox hava hücumunun bəzi casusların əliylə edildiyini təsbit etdik, dəqiqdir. Bütün kürd xalqını da bu mövzuda diqqətli olmağa çağırırıq. Olduqları yer və ətrafında bu cür casusluq edənlər varsa, ifşa etməlidirlər. Casusluq ağır cinayət və günahdır, qətiliklə cəzalandırılacaq".
 
BƏRZANİNİ GÜNAHLANDIRDI
 
Şimali İraqa yönəlik əməliyyatlara PKK-nın səbəb olduğunu ifadə edən Neçirvan Bərzanini hədəf göstərən Karasu, "İndi Türk dövlətinin işğalına KDP səs çıxarmır, YNK səs çıxarmır. Belə olunca da bəziləri bundan cəsarətlənərək sanki Kürd Azadlıq Hərəkatına qarşı mövqe almaq, düşmənlə əməkdaşlıq etmək qanuniymiş kimi, onlar da casusluq edir" deyib. Terror təşkilatının qadın terrorçulardan ibarət olan qrupu PAJK-dan edilən açıqlamada da bənzər təhdidlər edilib. Açıqlamada, təşkilat içindəki ‘casuslar' və ‘yerli işbirlikçilərdən' hesab soruşulacağı iddia edilib.
Müxalifət.az