Terrorçu YPG-dən MÜNBİÇ OYUNU

Baxış sayı:
3271

Türkiyə və ABŞ xarici işlər nazirləri arasında varılan anlaşma ilə 3 ay ərzində Münbiçi tərk etməli olan PKK/YPG-lilər, ad dəyişməklə Türkiyəni aldatmağa çalışırlar.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-lı həmkarı Mayk Pompeo ilə görüşündən sonra razılığa gələrək terror təşkilatı PKK/YPG-nin 3 ay ərzində Münbiçi boşaldacağını açıqlanması terrorçular arasında psixoloji çöküşə səbəb olub.
Terror təşkilatı PYD-nin keçmiş həmsədri Saleh Müslim, Türkiyənin bu uğurundan duyduğu narahatlığı Qərb mediasına “ağlayaraq” dilə gətirib. Terror təşkilatı PKK-ya hər cür dəstəyi verən Alman mediasına danışan Müslim, "ABŞ-ın öz maraqları üçün bizim əsgərlərimizin qanları ilə azad etdiyimiz əraziləri Türkiyəyə təslim etməsi böyük bir zülmdür" deyib.
Müslim, "ABŞ ilə əlaqələrimiz sonsuz deyil. Bu əlaqə hər an bitə bilər" deyərək, ABŞ ilə yollarını ayıra biləcəkləri bildirib. Terrorçubaşı, ad dəyişdirərək  Əsəd rejimi ilə görüşməyə başladıqlarını da deyib.
ABŞ-ın tövsiyəsi ilə davamlı ad dəyişərək Suriyadakı işğalçılığı davam etdirmək istəyən terror təşkilatının yenidən ad dəyişdirə biləcəklərinin siqnalını da verib: "Biz də ABŞ, Rusiya və ya Suriya rejimiylə olan əlaqələrimizdə öz maraqlarımıza uyğun hərəkət edirik. Suriya rejimi ilə şərtsiz danışıqlara hazırıq. Bizim üçün ad önəmli deyil".
 
AD DƏYİŞİKLİYİ İLƏ KAMUFLAJ
 
PKK/YPG-lilər ad dəyişərək Türkiyəni aldatmağa çalışır. Münbiçi tərk etmək istəməyən terrorçular, "Münbiç Hərbi Məclisi" adı ilə uydurma bir quruma daxil olub.
Terror təşkilatının Münbiç üzrə məsulu olaraq İsmayıl Deriki və Münbiç hərbi sorumlusu olaraq Cəmil Məzlumu, baş komandan və siyasi qurumun başçısı kimi də Məhəmməd Əbu Adili təyin etdiyi iddia edilib.
Terrorçuların YPG-dən istefa edərək Münbiç Hərbi Məclisi sıralarına keçərək, regional yeni bir təşkilatlanma içərisində olduqları təsəvvürü yaratmaq istədikləri bildirilib.
Terrorçular, bununla da Türkiyəni aldadaraq Əsəd rejiminin kamuflyajı içərisində terror təşkilatı PKK-ya xidmət edə biləcəklərini və Münbiçi də tərk etmək məcburiyyətində qalmayacaqlarını düşünürlər.
Müxalifət.az