Terrorçular Türkiyəni TƏHDİD ETDİ: “Gücünüz çatırsa...”

Baxış sayı:
8371

Terror təşkilatı YPG-nin davamı olan Demokratik Suriya Məclisi ABŞ-ın Suriyada 400 əsgər saxlama qərarını dəstəkləyən açıqlama verib. DSM-nin sözdə rəhbəri Gelo İsa ABŞ-ın arxasında gizləndiklərini açıq şəkildə nümayiş etdirərək "Türkiyə artıq bizi təhdid edə bilməz. “Fəratın şərqinə girərəm” deyə bilməz" açıqlamasını edib.
 
DSM-nin sözdə rəhbəri Gelo İsa ABŞ-ın Suriyada 400 əsgər saxlamasını müsbət və əhəmiyyətli bir addım olaraq gördüklərini bildirərək bu qərarla Türkiyənin regiona daxil olmayacağını deyib.
Əvvəl bütün əsgərlərini Suriyadan çəkmə qərarı alan, ancaq daha sonra Avropa və digər dövlətlərin təzyiqi ilə ABŞ DSG-nin əlindəki bölgədə 400 əsgərini saxlayacaq.
DAEŞ ilə mübarizəni əsas göstərərək Suriyada 2 min əsgəri olan ABŞ Suriyanın şimalında DSG əlindəki regionlarda 25 hərbi bazası var. ABŞ əsgərlərini çəkərkən bazaları koalisiya üzvü ölkələrinin əsgərləri tərəfindən istifadə ediləcəyi, qalacaq ABŞ əsgərlərinin Menbiç, Kobani, Deyr er Zor-un şərqi ilə Hasəkə bölgəsində qalacağı öyrənilib.
Rusiyanın “Sputnik” agentliyinə açıqlama verən DSM-nin sözdə rəhbəri terrorçu Gelo İsa, ABŞ-ın Suriyada 400 əsgəri saxlamasını müsbət və əhəmiyyətli bir addım olaraq gördüklərini bildirərək belə deyib:
“Bu qərarın yanındayıq. Dəstəkləyirik. Bu qərar bizdə müsbət qarşılanıb. ABŞ-ın Suriyada ümumilikdə 400 əsgəri olacaq. ABŞ-ın 200 əsgəri şimali Suriyada qalacaq. 200 hərbçisi isə Tenf hərbi bazasında qalacaq. ABŞ-ın əsgərlərinin Suriyada bir hissəsini buraxması Suriyanın şimalını qorumaq deməkdir. Bölgədə qalan koalisiya qüvvələrinin dəstəklənməsi anlamına gəlir. ABŞ-ın əsgərlərinin hamısını çəkməməsi Türkiyənin regiona daxil olma səyini boşa çıxarır. Türkiyə artıq bizi təhdid edə bilməz. Fəratın şərqinə girərəm, deyə bilməz. Suriyada İŞİD bitdi. Əlində bir yer qalmadı. Ancaq qalıqları və İŞİD düşüncəsi davam edir. Qalan ABŞ əsgərləri ilə İŞİD düşüncəsini məhv edə bilərik".
Müxalifət.az