​Terrorçuları dəstəkləyənlər bu haqqa sahib olmayacaq - Səfir

Baxış sayı:
4804

Suriyadakı terrorçuları dəstəkləyən ölkələr böhrandan sonra ölkənin yenidən inşasına dair layihələrdə yer almayacaqlar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Suriyanın Moskvadakı səfiri Riyad Xəddad bildirib.
"Bizimlə birlikdə mübarizə aparan və bizi dəstəkləyən hər kəs Suriya iqtisadiyyatını canlandırma prosesinə qoşulmaq hüququna malikdir. Ancaq terrorçuların tərəfində yer alan ölkələr bu haqqa sahib olmayacaq", - Xəddad qeyd edib.