Tiflisdə növbəti aksiya başladı: kitab satılır...
17-07-2019 20:59
Baxış sayı:
10279

Gürcüstanın paytaxtı Tiflisdə parlament binası qarşısında növbəti etiraz aksiyası başlayıb. Muxalifet.az xəbər verir ki, etirazçılar DİN rəhbərinin istefasını tələb edirlər. Aksiya çərçivəsində kitabların satışı təşkil olunub. Satışdan əldə olunan gəlirin bir hissəsi aksiya təşkilatçılarının bank hesabına köçürüləcək. Gürcüstanın DİN rəhbəri istintaqa ifadə verdi Bu arada, Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria Baş Prokurorluqda istintaqa ifadə verib. Nazir Tiflisdə iyunun 20-21-də baş vermiş hadisələrlə bağlı dindirilib. G.Qaxarianın dindirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin xüsusi bəyanat yayacağı gözlənilir.