Tiflisdə Sorosun müqəvvası yandırıldı
23-02-2018 14:43
Baxış sayı:
10501

Tiflisdə Açıq Cəmiyyət Fondunun ofisinin qarşısında Gürcü Marşının üzvləri etiraz aksiyası keçiriblər.
Muxalifət.az xəbər verir ki, aksiya zamanı onlar Corc Sorosun müqəvvasını yandırıblar.
Etirazçılar “Yaşasın xalq, düşmən ölsün” şüarları səsləndiriblər. Onlar Soros fondunun bağlanılmasını və qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirilməsini istəyiblər. Etirazçılar bununla gürcü gəncliyini qoruya biləcəklərini söyləyiblər.