Tiflisdə xüsusi əməliyyat: Azərbaycanlı saxlanıldı
1-03-2019 23:25
Baxış sayı:
8794

Gürcüstanın paytaxtı Tiflis şəhərində - azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirilib.
Muxalifet.az xəbər verir ki, nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir neçə şəxs saxlanılıb.
Saxlanılanlar arasında 31 yaşlı Azərbaycan vətəndaşının da olduğu bildirilir.
Gürcüstanın Daxili İşlər Nazirliyi xüsusi əməliyyat barədə hələ rəsmi açıqlama yaymayıb.