​Tiflisin NATO-ya üzvlük bədəli: 20 faiz torpaq

Baxış sayı:
5759

Gürcüstanın ərazi konfliktləri qaldığı müddət ərzində NATO Tiflisi öz tərkibinə qəbul etməyəcək.
 
Muxalifet.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze söyləyib. Onun sözlərinə görə, Gürcüstan ərazisində NATO-nun keçirdiyi təlimlər yalnız Rusiyanı provokasiyaya çəkmək üçün lazımdır.
O, Gürcüstanın NATO-ya qəbul olması üçün Abxaziya və Cənubi Osetiyadan imtina etməsi gərəkdiyini bildirib.