Təkamül nəzəriyyəsi haqqında SENSASİYALI - KƏŞF

Rokfeller və Bazel universitetilərinin alimləri indi mövcud olan bütün heyvan növlərinin genetik yaşının təxminən eyni olduğu qənaətinə gəliblər. Bu isə təkamül barədə geniş yayılmış təsəvvürə ziddir.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Phys.Org” nəşrində yayımlanan məqalədə deyilir.
Alimlər DNT ştirx-kodlarının ardıcıllığını analiz ediblər. Bu, orqanizm və onun mənsub olduğu müəyyən qrupun identifikasiyası metodudur.
Araşdırmaların nəticəlrinə əsasən, Yer üzərindəki növlər yekun olaraq eyni bir dövrdə formalaşıb. Buradan belə anlaşılır ki, genetik müxtəliflik populyasiyasının ölçüsündən deyil, yalnız yaşından asılıdır.
Növlərinin genetik müxtəlifliyinin azalmasının səbəblərindən biri Yer üzərində meteroidin düşməsi nəticəsində baş verən faicədir.
Alimlər hesab edirlər ki, növlər məhv olmadan, yaxud yeni başlanğıc vermədən öncə yalnız məhdud müddətdə mövcud ola bilər.